“Real”ın futbolçusu Luka Yoviç La Liqanın 18-ci turunda “Osasuna” ilə matçı buraxacaq.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Pamplona səfəri üçün heyətdə yer alsa da, o, son anda sol ayaq əzələsindən zədələnib. 

Qeyd edək ki, bu gün oynanılacaq “Osasuna” – “Real” qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq.