İspaniyanın "Atletik" klubunun yetirməsi Aytor Qandiaqa bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi dünən yol qəzasında ölüb. Onun idarə etdiyi avtomobil avtobusla toqquşub.

Hadisə yerində keçinən oyunçunun meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılıb.

accidente markina jugador U4057655682nUH U1301151847920WH 624x385El Correo ElCorreo

Qeyd edək ki, Aytor Qandiaqa 2016-cı ildə "Atletik"in farm-klubu olan "Baskoniya"da çıxış edib. O, 2019-cu ildə azad agent kimi "Gernika"ya keçmişdi.