"Barselona" "Başakşəhər"ə icarəyə verdiyi Arda Turanı bu yay sata bilər. 

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi türk yarımmdafiəçini Çin klublarından birinə satmağa hazırlaşır. "Barsa" bu transferdən 15 milyon avro qazanmaq istəyir.

 Qeyd edək ki, İspaniya klubu Ardanı bu qış "Başakşəhər"ə 2.5 il müddətinə icarəyə verib. Ancaq 31 yaşlı oyunçunun müqaviləsində "Barsa"nın onu bu müddətdə başqa kluba satmaq hüququ barədə maddə yer alıb.