"Atletiko Madrid" mərc oynayan futbolçusu Kiran Trippyeriyə görə FİFA-ya etiraz etməyi planlaşdırır.
Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 30 yaşlı futbolçuya verilən bu cəzadan ən çox klubun zərər görəcəyini qeyd edərək FİFA-ya etiraz edəcək.
"Atletiko" Trippyerin cəzasının İngiltərə yığmasındakı və ya Premyer Liqadakı matçlarına şamil olunmasını tələb edir.
Qeyd edək ki, "Atletiko Madrid"in müdafiəçisi Kiran Trippyeri "Tottenhem"dən keçidi dönəmində mərc qaydalarını pozduğuna görə 10 oyunluq yaşıl meydanlardan uzaqlaşdırılıb.