"Barselona"da prezidentliyə namizəd olan Aqusti Benedito "Kamp Nou" stadionunu sökmək təklifi edib.
Offsideplus.az AS-a istinadən xəbər verir ki, Benedito seçkilərdə qalib gələrsə stadionu sökəcək və yerində yenisini tikəcək. Yeni arenanın qurulmasının iki yolu olduğunu bildirən Aqusti belə deyib:
"Yeni bir arenanın qurulması üçün iki variantı nəzərdən keçirdik. Birincisi, "Kamp Nou"nu yıxıb burada tikməkdir. Bu o deməkdir ki, üç il ərzində komanda Lyuis Lompanis Olimpiya Stadionunda oynamalı olacaq. Bu vəziyyətdə orada tribunaları genişləndirmək lazım gələcək. Başqa bir seçim, Barselona yaxınlığındakı "San- Joan-Despi"də yeni bir stadion tikməkdir".