"Barselona"nın futbolçusu Antuan Qrizmann Çinin "Huawei" şirkəti ilə olan əməkdaşlığına son verib.
Offsideplus.az xəbər verir ki, buna səbəb Çin hökümətinin Şərqi Türküstanda uyğur türklərinə qarşı etdiyi vəhşi davranışlarda bu şirkətin də yaxından iştirak etməsidir. Belə ki, Çin hökümətinin uyğur türklərinə qarşı tətbiq etdiyi üz tanıma sistemi məhz bu şirkət vasitəsilə qurulub.
Bu barədə "instaqram" hesabında paylaşım edən 29 yaşlı hücumçu aşağıdakı sözləri qeyd edib:
"Huawei" şirkətini sadəcə bu cinayətləri rədd etməyə deyil, habelə bu böyük təzyiqlərin qarşısını almaq və insan haqqlarının qorunması üçün gərəkən tədbirlərin görülməsi üçün bu addımı atıram".