Yeni görünüşlü "Valensiya Şəhər Stadionu" "Levante" klubunun gələcəyinə işıq saçmağa davam edir.

Offsideplus.az La Liqa-ya istinadən xəbər verir ki, yeni dam örtüyü, işıqlandırma və video tablolarının quraşdırılması məkanı La Liqa və Avropanın ən aparıcı stadionlarından birinə çevirib. 8 ay davam edən təmir işlərindən sonra futbol yenidən "Valensiya Şəhər Stadionu"na geri qayıdıb.

Yaranma tarixi: İspaniyanın Valensiya şəhərindəki Orriols qəsəbəsində yerləşən stadion 1969-cu ilin 9 sentyabrında açılıb. Stadion 51 il sonra hazırda ən son Avropa yayım standartlarına sahibdir.

2019-cu ildən başlayan təmir işlərində stadionun yenilənməsində iki mərhələ var. Birinci mərhələ dam örtüyündən və 4 000 piksellik yayımına imkan verəcək yeni işıqlandırma qurğusundan ibarətdir. Yeni lövhələr, 21x7 metrlik iki yeni televiziya tabloları, yeni səs sistemi və yeni təhlükəsizlik sistemləri quraşdırılacaq. Buradakı işlər bu ay başa çatmalıdır.

İkinci mərhələdə klub yeni VIP zonalar və kommersiya sahələri yaratmaqla yanaşı, bütün daxili sahələri yaxşılaşdırmaq və modernləşdirmək üçün stadionu yenidən təşkil edəcək.

Qeyd edək ki, "Levante"nin "Alaves"lə keçirdiyi ev oyunu (1:1) 8 Mart 2020-ci ildən bəri 8 aydan sonra stadionunda keçirdiyi ilk oyun olub. Şənbə günü "Getafe" ilə baş tutan oyunda isə "Levante" doğma meydanda 3:0 hesabı ilə qalib gəlib.

"Valensiya Şəhər Stadionu"ndan görüntüləri təqidm edirik:

Ciutat de Valencia 1

 

 

 

Ciutat de Valencia 2

 

 

Ciutat de Valencia 3

 

 

Ciutat de Valencia 4