"Atletiko"da çıxış edən Luis Suarezin koronavirus testi yenə pozitiv olub.
Offsideplus.az xəbər verir ki, uruqvaylı hücumçunun yeni virus müayinəsi də müsbət nəticə verib. Suarez koronavirusdan sağalmadığı üçün hələ 1 həftə də yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, baş məşqçi Dieqo Simeone bu gün baş tutacaq "Atletiko" - "Bavariya" görüşü üçün Suarezin iştirak etməyəcəyini ilə bağlı açıqlama verməmişdi. Testin cavabları müsbət çıxdığından 33 yaşlı futbolçunun görüşdə iştirak etməyəcəyi təsdiqləndi.