"İnter"in yarımmüdafiəçisi Arturo Vidal sabiq komanda yoldaşı haqda danışıb.

Offsideplus.az "Corriere dello Sport"a istinadla xəbər verir ki, çilili futbolçu Messini yadplanetli adlandırıb: "Messi ilə Ronaldonu müqayisə etməyə dəyməz. Messi başqa planetin adamıdır. Biz onunla yaxın dostuq. Ümid edirəm ki, dostluq bağlarımız ömürlük olacaq. Bilmirəm, "Barselona"nı tərk edəcək, ya yox, ümid edirəm ki, ürəyinin səsinə qulaq asıb, xoşbəxt olacaq".

Qeyd edək ki, sentyabrda "İnter"lə müqavilə bağlayan Vidal 2018-2020-ci illər aralığında Messi ilə "Barselona"da komanda yoldaşı olub.