İspaniyanın “Real” klubunda koronavirusa yoluxan futbolçunun adı müəyyənləşib.

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, bu, Eder Militaodur. .
Məlumatda futbolçunun ötən gün səhər verdiyi koronavirus testinin nəticəsi pozitiv olduğu bildirilib.
Militaodan başqa, bütün digər futbolçuların, məşqçilərin və işçilərin testləri neqativ nəticələnib.