"Barselona" əsas heyətin dəyişməz üzvü Mark-Andre ter Ştegeni yayda satmağa hazırlaşır.
Offsideplus.az "TodoFichajes"ə istinadla xəbər verir ki, katalonlar təcrübəli qolkiperi "Bavariya"ya satmaq niyyətindədir. Səbəbsə klubun pandemiyaya görə üzləşdiyi maliyyə böhranıdır.
Hazırda "Bavariya"nın əsas qapıçısı Manuel Noyerdir. Almaniya millisinin üzvlərinin yığmadakı rəqabətindən sonra eyni klubda necə yola gedəcəkləri müzakirə mövzusudur.
Qeyd edək ki, Münhen təmsilçisi daha öncə də ter Ştegeni transfer etmək həvəsində idi. Sadəcə, həmin vaxt ispanlar almanların təklifini nəzərdən keçirməmişdilər. Münxenqladbax "Borussiya"sının yetirməsi olan 28 yaşlı əlcək sahibi 2011-2014-cü illər aralığında bundesliqada adıçəkilən komandanın uğurları üçün tər töküb. 2014-dən bu yana "Barsa"nın şərəfini qoruyur.