"Real"ın yarımmüdafiəçisi İsko baş məşqçi Zidandan narazılığını dilə gətirib.
Offsideplus.az Goal-a istinadən xəbər verir ki, İspaniya millisinin 28 yaşlı üzvü matç zamanı Zinədin Zidanın ona verdiyi şansdan narazıdır. Belə ki, ulduz futbolçu təcrübəli mütəxəssisin onu kifayət qədər oynatmadığını düşünür:
"Zidan məni oyuna çıxarmaq istəyəndə bunu 50, ya da 60-cı dəqiqələrdə edir. Bəzən isə hətta fasilədə. Yox, əgər meydana daha sonra daxil olmalıyamsa, bu, 80-ci dəqiqədən sonra baş verir".
Qeyd edək ki, İsko 2013-cü ildə "Malaqa"dan "Real"a transfer olub.