"Real Madrid" rəhbərliyi Zinədin Zidanın verdiyi qərardan narazıdır.
Offsideplus.az xəbər verir ki, kolumbiyalı futbolçu Xames Rodriqez "Everton"la mövsümə çox yaxşı başlayıb. 3 qol vurub, 3 ötürmə edən ulduz futbolçunu əldən verən "Real Madrid" rəhbərliyi isə məyusluq içindədir. İspaniya mətbuatına görə, Kral klubu Zidanın 29 yaşlı futbolçuya şans vermədiyi üçün xəyal qırıqlığı içindədir.
Qeyd edək ki, Xames "Bavariya"da icarə əsasında keçirdiyi 2 ildən sonra ötən mövsüm Zidanın rəhbərliyi altında cəmi səkkiz oyuna çıxıb.