"Barselona"nın ulduzu bu yay komandanı tərk etməyin bir addımlığında idi. Fikrini dəyişib klubda qalan Lionel Messinin qış transfer pəncərəsi dövründə, yanvar ayında "Mançester Siti"yə keçəcəyi gözlənilir.
Offsideplus.az xəbər verir ki, argentinalının sabiq komanda yoldaşı və yaxın dostu Luis Suarez futbolçunun hansı şərtlər altında klubda qala biləcəyini açıqlayıb:
"Düşünüəm ki, "Barselona" rəhbərliyi mənlə onu uzaqlaşdırmaq istədi, bizim münasibətimiz onları narahat edirdi. Bəlkə də, onun mənimlə olmağını istəmirdilər. Messinin klubu tərk etmək istəyi mənə görə bir jest deyildi. Klub rəhbərliyi onun seçiminə hörmət etməli idilər. Ola bilsin ki, Messi başqa klubda oynamaq istəyir, lakin əgər Messi klubda rahat hiss edərsə və rəhbərik dəyişərsə, "Barselona"da oynamağa davam edə bilər".