"Liverpul" ilə son mövsümünə qədəm qoyan Corcino Veynaldum onunla maraqlanan klublar barədə açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Ronald Kumanın Kike Sityeni ilk əvəzlədiyi vaxtlarda "Barselona"nın Veynaldumu transfer edəcəyi gözlənilirdi.
29 yaşlı oyunçu söylənənlərin əksinə "Barselona"nın heç vaxt müəyyən bir təklif etmədiyini bildirib. Belə ki, Veynaldum La Liqa nəhənglərinə qatılmağa heç vaxt yaxın olmayıb.