Uelsli ulduz oyunçunun meneceri verdiyi açıqlamalarla gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, Qaret Beylin meneceri Conatan Bernet "Real Madrid"in oyunçusu üçün daha minnətdar olması gərəkdiyini bildirib. 31 yaşlı oyunçunun agenti qeyd edib ki, La Liqa klubu Beylə düzgün rəftar etməyib və onlar Beylin gəzdiyi yerləri öpməlidir.

"Bu ölkə onunla fəxr etməlidir, Böyük Britaniya onunla fəxr etməlidir. "Real Madrid" üçün çox şey etməsinə baxmayaraq, layiq olduğu hörməti qazana bilmədi. "Real Madrid" onun gəzdiyi yerləri öpməlidir", - deyə bildirib.