İtaliya Maliyyə Polisi "Barselona"nın oyunçusu Luis Suarez barədə araşdırma başladıb.

Offsideplus.az xəbər verir ki, uruqvaylı futbolçu İtaliya vətəndaşlığını almaq üçün 17 sentyabrda italyan dilindən imtahan verib. Lakin 32 yaşlı oyunçuya suallara cavabların əvvəlcədən göndərildiyi məlum olub. Buna görə də o, testin cavablarını əvvəlcədən öyrənə bilib.

Bu barədə səs qeydləri İtaliya polisinin əlinə keçib. Qeydlərdə, " (İmtahanı) keçməlidir, keçəcək. Bir mövsümdə 10 milyon qazanan adamı dili bilmədiyi üçün xərcləyə bilməzsən" kimi sözlər işlədilib.

Qeyd edək ki, Suarez "Yuventus"a keçmək istəsə də, artıq fikrini dəyişib və "Atletiko Madrid" klubları ilə danışıqlar aparılır.