İvan Rakitiç bildirib ki, o, heç vaxt Luis Suarez və Lionel Messi ilə yaxın dost olmayıb.
Offsideplus.az xəbər verir ki, Rakitiç "Barselona"nın ulduzları ilə çox yaxın olmadığını, ancaq onlara həmişə hörmət etdiyini vurğulayıb.
"Onlarla münasibətim heç vaxt yaxın dostlarda olduğu kimi olmayıb. 23-24 oyunçunun olduğu komandada bu çətin məsələdir. Ən yaxın dostlarım Andres İniyesta, Ter Şteqen, Boatenq və Cuniyor Firpo olub".
"Lakin hər ikisinə hörmətim var. Onlar 6 il komanda yoldaşım olublar və çox vacib oyunçulardır. Həmişə onlarla yaxşı münasbət qurmuşam və hörmət etmişəm", - deyə xorvatiyalı oyunçu bildirib.
Qeyd edək ki, 32 yaşlı oyunçu bu yay "Sevilya" klubuna transfer olaraq 6 ildən sonra "Barselona"nı tərk edib