Luis Suarez yeni komandası "Atletiko Madrid" ilə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, Suarez "Atletiko Madrid" ilə müqaviləsinin şərtlərini müzakirə edib. Lakin razılaşmanın qəbulundan öncə bir çox maddələr ortaya çıxıb. Onlar da həll olunduqdan sonra uruqvaylı oyunçunun "Barselona"nı birdəfəlik tərk etməsi nəhayət reallaşacaq.

Qeyd edək ki, daha öncə Suarezin adı "Yuventus" klubuna keçəcəyi ilə hallanırdı. Lakin ulduz futbolçu fikrini dəyişmiş və İspaniyada qalmağı qərara almışdır.