Lionel Messi "İnter" klubuna keçən Arturo Vidalla vidalaşıb.

Offsideplus.az xəbər verir ki, "İnstaqram" hesabında paylaşım edən Messi komanda yoldaşı ilə yollarının bir daha kəsişəcəyini qeyd edib.

"Səni yalnız üzdən tanıyırdım, həmişə mənə fenomen kimi görünürdün. Amma sonra nə yaxşı ki, səninlə şəxsən tanışmaq qismət oldu və məni daha çox təəccübləndirdin. Sənə yeni klubunda uğurlar arzu edirəm. Əminəm ki, yollarımız yenidən kəsişəcək".