“Barselona”nın sabiq futbolçusu Xavi Ernandes maraqlı açıqlaması ilə diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, o, “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyneni tərifləyib.

Hazırda “Əl-Sədd”in formasını geyinən Xavi belçikalı futbolçunun “şəhərlilər” üçün vacib oyunçu olduğunu bildirməklə yanaşı, onu “Barselona”nın üzvü Lionel Messi ilə müqayisə edib: “Mançester Siti” komanda oyunu sayəsində qələbələr qazanır. Amma heyətdə həmişə qeyri-adi nəsə edən futbolçu olmalıdı. “Barselona”da bu, Messidisə, “Mançester Siti”də həmin oyunçu de Bruynedi. O, hər dəfə topla olanda bilirsən ki, nəsə edəcək. Çempionlar Liqasında həmişə 3:0, 4:0 hesablı qələbə qazanmaq olmur. Bu cür matçlarda Kevin kimi futbolçulara daha çox iş düşür”.

apasport.az