"Barselona"nın oyunçusu Arturo Vidal uğur qazanmaq üçün Messiyə kömək edilməli olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Arturo Vidal "Barselona"nın keçmiş uğurlu günlərə qayıtması üçün həm meydanda, həm də meydandan kənar daha yaxşı qərarlar almalı və komandada bəzi şeylərin dəyişməli olduğunu deyib. 

"Barselona" ilk növbədə düşüncə şəklini dəyişdirməlidir, çünki futbol indiyə qədər çox inkişaf edib. Komandanın DNA-sına güvənərək oyuna çıxması keçmişdə qaldı, digər klublar bir çox cəhətdən özlərini dəyişdirir".

"Komandada çox yaxşı oyunçular var. Messi dünyanın ən yaxşı oyunçusudur, o, demək olar ki, yadplanetlidir. Amma yaxşı nəticələr əldə etmək üçün onun da köməyə ehtiyacı var", - deyə Vidal Messi barədə açıqlama verib.