Luis Suarezin “Barselona”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Offsideplus.az xəbər verir ki, “Ateltiko Madrid” uruqvalı forvardla yaxından maraqlanır. Belə ki, Suarez Kataloniya təmsilçisindən ayrılarsa, Madrid klubu onunla danışıqlara başlayacaq.

Daha öncə 33 yaşlı futbolçunun “Barselona”nın yeni baş məşqçisi Ronald Kumanın gələcək planlarına daxil olmadığı bildirilmişdi.

Qeyd edək ki, Suarezin klubu ilə müqaviləsi 2021-ci ilin yayına qədərdir.