Artıq məlumdur ki, "Barselona"nın ulduz oyunçuları Lionel Messi və Luis Suarez bu yay komandadan ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, Suarezin meneceri Alexandro Balbi istənilən transfer dönəmində oyunçuların həmişə bir-birləri ilə əlaqədə olacağını bildirib.

"Messinin gələcəyi Suarezinki ilə bağlıdır, çünki onlar yaxın dostdurlar. Meydanda da, meydandan kənar da anlaşa bilirlər".

"Messi ilə Suarez arasında qardaşlıq sevgisi var, onlar ayrıla bilməzlər, həmişə birgə olmalıdırlar", - deyə Suarezin meneceri qeyd edib.