İspaniyanın "Atletiko Madrid" klubu 2019-cu ildə Joao Feliksi 126 milyon avro müqabilində transfer edərək hər kəsi təəccübləndirmişdi.
"Benfika"da parlayan, ancaq uıduzlar sırasında adı əkilməyən gənc oyunçuya bu qədər yüksək məbləğin ödənməsinin yersiz olduğu vurğulanmışdı.
Gənc oyunçu performansı ilə qısa müddət sonra haqqında olan mənfi fikirləri aradan qaldıra bildi.
"Benfika" klubunun aşağı yaş qruplarında məşqçi kimi çalışan Nuno Qomeş futbolçunun atasını hər gördüyündə ona "Lütfən evə get və daha çox uşaq yarat" dediyini anladıb.
Offsideplus.az xəbər verir ki, Portuqaliya futbolunun əfsanələrindən biri olan Qomeş 2015-2018-ci illərdə "Benfika"nın aşağı yaş qruplarında çıxış edən yetirməsi Joao Feliks üçün "Onu ilk gördüyümdə fərqli bir oyunçu ilə qarşı-qarşıya olduğumu bilirdim. İnanılmaz texnikası vardı. Ancaq hücumu düşünür, oyunu çox yaxşı oxuyurdu. Özündən yaşca böyük rəqiblərlə mübarizə apara bilirdi. Onun gələcəkdə dünya çapında ulduz olacağını ilk gördüyüm gün anlamışdım".
Joa Feliksin qardaşı, "Benfika"nın aşağı yaş qruplarında oynayan Hüqoya da məşqçilik edən Nuno Qomeş gənc futbolçuların atası Karlosu hər gördüyündə ona zarafatla qarışıq "Hüqo da Joao kimi gələcəyin ulduzu olmaq barədə siqnallar verir. Lütfən evə tez get və daha çox uşaq yarat" dediyini bildirib.