İspaniya "Real"ı “Yuventus”un ulduz futbolçusu Paulo Dibalanı transfer etmək istəyir.

 Offsideplus.az “SportMediaset”ə istinadən xəbər verir ki, Madrid təmsilçisi argentinalı üçün Toni Kross və ya İskonu təklif etməyə hazırlaşır. "Kral klubu" Turin klubuna 100 milyon avrodan çox təklif edəcək.

Qeyd edək ki, "Yuventus"un yeni baş məşqçisi Andrea Pirlo Dibalanın satılmasını istəmir. Klubla futbolçu arasında yeni müqavilə barədə şifahi razılığın əldə olunduğu barədə xəbərlər yayılıb.