"Barselona"lı çilili ulduz Arturo Vidalın 8 illik seriyası qırılıb.

Offsideplus.az xəbər verir ki, La Liqada sona bir tur qalmış "Real"ın çempionluğu rəsmiləşdirməsi ilə seriya qırılıb.

33 yaşlı futbolçu 2011/12 mövsümündən bu yana hər mövsüm oynadığı turnirlərdə çempion olub. Arturo Vidal bu müddətdə 4 dəfə "Yuventus", 3 dəfə "Bavariya", 1 dəfə də "Barselona" ilə ölkə çempionu olub.