"Barselona" klubu La Liqada növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi 35-ci turda "Espanyol"u qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə ilə xalınə 76-ya yüksəldən Kike Setyenin komandası turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 24 xalla sonuncu pillədə qalan "Espanyol"un isə elitanı tərk edəcəyi rəsmiləşib.