Futbol üzrə İtaliya A Seriyasının 29-cu turu çərçivəsində keçirilmiş “Bolonya” – “Kalyari” matçı qonaqların hücumçusu Covanni Simeone üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, 1:1 hesabıyla matçda qonaq komandanın yeganə qolunun müəllifi olan argentinalı futbolçu unikal göstəriciyə imza atıb. Belə ki, o, A Seriyası tarixində ilin bütün aylarında qol vurmağı bacaran ilk futbolçuya çevrilib.
Hesabat turu “Atalanta”nın yarımmüdafiəçisi Alexandro Qomes üçün də əlamətdar olub. Belə ki, o, “Napoli”yə 2:0 hesabıyla qalib gəldikləri oyunda cari mövsümdəki məhsuldar ötürmələrinin sayını 15-ə çatdırıb. Bu isə rekord göstəricidi. A Seriyasında 21-ci əsrdə heç bir futbolçu bir mövsüm ərzində bu qədər qol ötürməsinə imza atmamışdı.