“Barselona” klubunun zədəli futbolçusu Luis Suares sağalıb.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin həkimləri keçirdiyi əməliyyatdan 147 gün sonra uruqvaylı futbolçuya yaşıl meydanlara qayıtmağa icazə verib.

Suares La Liqada iyunun 13-də keçiriləcək “Malyorka” ilə oyunda iştirak edə biləcək.