İspaniyanın "Eybar" klubunun 2014-cü ildən bəri ən uğursuz transferləri açıqlanıb.
Offsideplus.az "Mundodeportivo" nəşrinə istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov da yer alıb. 2015-ci ildə "Mursiya"dan icarə əsasında "Eybar"a keçən 28 yaşlı yarımmüdafiəçi həmin dönəmin ən uğursuz üç transferindən biri olub.
Qeyd edək ki, Eddi İsrafilov 2019-cu ilin avqustundan, İspaniya Sequndasında çıxış edən "Albasete"nin formasını geyinir.