"Barselona" “Tottenhem”ə yarımmüdafiəçi Tanqi Ndombeleyə görə iki oyunçusunu təklif edib.
Offsideplus.az “Sky Sports”a istinadən xəbər verir ki, Katalon klubu koronavirus pandemiyasının səbəb olduğu böhrana görə futbolçuya görə tam məbləği ödəyə bilməyəcək. Klub buna görə qarşı tərəfə Samuel Yumtitini və Nelson Semedunu təklif edib.
Qeyd edək ki, Ndombele cari mövsümdə Premyer Liqada iştirak etdiyi 19 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yumtiti İspaniya çempionatında "Barselona"nın heyətində 11 matçda oynayıb. Semedu isə 21 matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.