“Espanyol"un baş məşqçisi Abelardo əsas komandada koronavirusa yoluxanlarla bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, "Dario Sport"a açıqlamasında vəziyyətin çox pis olduğunu bildirib:
“İndi əsas komandada 10 nəfərdə koronavirusdan əziyyət çəkir. Onlardan səkkizi futbolçu, ikisi isə məşqçidi. Mən özüm də həftədə bir dəfə komanda ilə görüş keçirirəm. Vəziyyət çox çətindi. Bu üzdən də futbol haqda yalnız sonuncu növbədə düşünmək olar”.