"Barselona"nın futbolçusu Luis Suares haqqında danışılan fikirlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, uruqvaylı futbolçu insanların bilmədən onu ittiham etməsindən narazılığını gizlətməyib: "Maaşların kəsilməsi ilə bağlı bizə pis təsir edən çox şey yazıldı. Razılaşana qədər biz klub üçün daha yaxşı həll yolu axtardığımıza baxmayaraq hər gün yazılırdı ki, biz razı deyilik, kluba kömək etmək istəmirik və bizdən başqa hamı bununla razılaşıb. Əslində isə heç bir oyunçu buna qarşı çıxmadı. Kapitanlar prezident və Oskar Qrau ilə danışdılar. Bizə bu haqda deyilən kimi bütün heyət razılaşdı. Haqqımızda pis şeylərin yazılması pis təsir edir, çünki kluba kömək etmək üçün hərəkətə keçən ilk biz olmuşduq.İndi artıq özümü yaxşı hiss edirəm və qaçmağa başlamışam. Hər şey onu göstərir ki, komanda məşqlərə qayıdanda mən də onlara qoşulacam".
Qeyd edək ki, "Barselona"nın kapitanı Lionel Messi "İnstagram" hesabında klub işçiləri tam maaşlarını ala bilsinlər deyə əmək haqqlarının 70 faizindən imtina ediblər.