"Barselona" klubunun hücumçusu Luis Suares koronavirus pandemiyası səbəbindən yaranan böhrana görə vətəni Uruqvayda ehtiyacı olanlara yardım edib.
Offsdeplus.az xəbər verir ki, 33 yaşlı forvard Montevideo-Kasavaledəki 500 ailəyə icarəsində ərzaq və digər məhsulların olduğu 500 səbət verib.
Suaresin gələn həftə digər bölgələrdən olan ailələrə kömək edəcəyi bildirilib.