“Espanyol” klubu da futbolçularının maaşlarını azaltmağa qərar verib.
Offsideplus.az xəbər verir ki, bu addım bütün dünyada, o cümlədən də İspaniyada sürətlə yayılan koronavirus pandemiyası ilə əlaqədar yaranmış böhranla bağlıdır.
Klub rəhbərliyinin qərarına əsasən, həm oyunçuların, həm də digər işçi heyətinin məvacibində 70 faizə qədər endirim edilib.
Qeyd edək ki, "Espanyol"dan başqa "Barselona" klubu da futbolçularının məvacibini azaltmağa qərar verib.