"Real" Aşraf Hakimi ilə yeni müqavilə imzalayacaq.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu 21 yaşlı müdafiəçi 2025-ci ilin iyununa kimi saziş bağlamaq niyyətindədir.

"Real"ın oyunçunu növbəti mövsüm üçün icarəyə göndərməyi planlaşdırmadığı vurğulanıb.

Qeyd edək ki, Hakimi 2018-ci ildən icarə əsasında "Borussiya"da oynayır.