"Espanyol"un üzvü koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, Çin yığmasının futbolçusu U Ley karantindədir. Məlumatı "Sinxua" agentliyi yayıb.

La Liqa təmsilçisi daha öncə 6 futbolçusunda koronavirus aşkarlandığını bildirsə də, həmin şəxslərin adlarını açıqlamayıb.

2019-cu ildən "Espanyol"da çıxış edən U Ley cari mövsümdə 38 qarşılaşmada 7 qol vurmağı bacarıb.