"Real"ın qolkiperi Tibo Kurtua rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin qapıçısı "Barselona" ilə matçda qapısını toxunulmaz saxlayaraq bu mövsüm 12-ci "cleen sheet"ni edib.
Belçikalı adını El-Klassiko tarixinə də yazdırıb. Kurtua mövsümün hər iki matçında qapısından top buraxmayıb. Bu nəticəni sonuncu dəfə 1974-75 mövsümündə Migel Angel əldə edib.