"Portu"nun qapıçısı İker Kasilyas İspaniya Kral Futbol Federasiyasının (RFF) prezidentliyinə namizədliyini açıqlayıb.
Offsideplus.az "Cadena Ser" nəşrinə istinadən xəbər verir ki, hazırkı prezident Luis Rubiales 39 yaşlı qolkiperin ona rəqib olmasından narahatdır. İspaniya yığmasının sabiq qapıçısı artıq bununla bağlı sabiq komanda yoldaşları ilə görüş keçirib.
Seçkilər bu ilin payızında baş tutacaq.
Qeyd edək ki, İker Kasilyas 1998 – 2015-ci illərdə “Real Madrid”in formasını geyinib. O, 2015-ci ildən "Portu"da çıxış edir.