Arda Turan yenidən "Barselona"ya dönə bilər.

Offsideplus.az xəbər verir ki, Kataloniya klubuna yaxınlığı ilə tanınan "Sport" qəzetinin müxbiri Albert Roj Osman Dembelenin zədələnməsindən sonra müqavilə ilə "Barselona"ya məxsus olan Arda Turanın geri dönməsi gündəmə gəlib: "Barselona"da Arda Turan zamanı gəldi".
Qeyd edək ki, məşqdə zədələnən Osman Dembele böyük ehtimalla mövsümü başa vurub. 2017-ci ildə Dortmund "Borussiya"sından 125 milyon avroya transfer olunan gənc futbolçu "Barselona"da 9-cu dəfə zədələnib. 
Arda Turan "Barselona"ya məxsus olsa da, mövsümün ilk yarısını "Başakşəhər"də keçirib. Futbolçunun qış fasiləsində "Qalatasaray"a keçidi gündəmdə olsa da, bu baş verməyib. Futbolçunun Braziliyanın "Flamenqo" klubuna keçidi və karyerasını bitirməsi barədə məlumatlar yayılır.