İspaniyanın “Barcelona” futbol klubu İngiltərənin “Çelsi” klubunun futbolçusu Villianı öz sıralarına qatmaq istəyir.

Offsideplus.az “Sky Sports”un “Twitter” səhifəsinə istinadla xəbər verir ki, “Barcelona” 31 yaşlı futbolçu üçün 23,5 milyon avro ödəməyə hazırdır. Kataloniya klubu braziliyalı futbolçu ilə müqaviləni qış transfer pəncərəsi bağlanmadan öncə imzalamaq istəyir.

Cari mövsümd Villian iştirak etdiyi 30 matçda  5 qol vurub, eyni sayda məhsuldar ötürmə edib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti bu yaya qədərdir.