"Arsenal"ının futbolçusu Pyer-Emerik Obameyanq qış transfer pəncərəsində klubdan ayrıla bilər.

Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 31 yaşlı hücumçusu ilə İspaniya "Barselona"sı maraqlanır. Kataloniya təmsilçisi zədəli Luis Suaresə əvəzedici axtarır.

Obameyanq "Barselona"ya keçməyə razılıq versə də, London klubu qabonlu oyunçu ilə yollarını ayırmaq istəmir. 

Qeyd edək ki, Pyer-Emerik Obameyanqın "Arsenal"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.