İspaniyanın "Barselona" klubunun yeni baş məşqçisi Kike Setyen komandanın futbolçusu Arturo Vidalın gələcək taleyinə aydınlıq gətirib.

Offsideplus.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki,  61 yaşlı mütəxəssisin çilili yarımmüdafiəçini komandada saxlamaq qərarına gəldiyini yazıb. O, 32 yaşlı futbolçunun digər klublara mümkün transferini əngəlləyib. Futbolçunun "İnter"ə keçəcəyi gözlənilirdi.

Qeyd edək ki, Çili millisinin üzvü 2018-ci ildə Almaniyanın "Bavariya" klubundan "Barselona"ya transfer olunub.