Mövsümün ilk dövrəsini icarə əsasında “Valyadolid”də keçirən “Real”ın futbolçusu Andrey Lunin klubunu dəyişib.

Offsideplus.az xəbər verir ki, 20 yaşlı qapıçı “Ovyedo” klubuna keçib. Ukrayna millisinin üzvü mövsümün sonuna qədər “Ovyedo”nun şərəfini qoruyacaq.

2018-ci ildə 8,5 milyon avro qarşılığında “Zarya”dan “Real”a keçən Lunin, bu mövsüm La Liqada 2 oyuna çıxmışdı.