Andres İnyesta keçmiş klubu "Barselona"nın rəhbərliyini tənqid edib.

Offsideplus.az AS nəşrinə istinadla xəbər verir ki, 35 yaşlı futbolçu Kataloniya təmsilçisinin rəhbərliyini baş məşqçi Ernesto Valverdeyə etimad göstərməməkdə günahlandırıb:

"Barselona" rəhbərliyi özünü yaxşı aparmır. Məşqçilərə hörmət etmək lazımdır. Rəhbərliyin baş məşqçi Ernesto Valverdyə qarşı belə davranması komandaya zərər vura bilər".

"Barselona" rəhbərliyinin Xavi ilə baş məşqçi postu barədə danışıqlar apardığı bildirilir. 

Qeyd edək ki, hazırda Yaponiyanın "Vissel Kobe" klubunda oynayan İnyesta 2002-2018-ci illərdə "Barselona"nın şərəfini qoruyub.