"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde İspaniya Super kubokunun "Atletiko”ya qarşı final görüşünün ən yaxşı oyunçusu seçilib.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı uruqvaylı matçın 115-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq, "Real Madrid"i azlıqda qoyub.
Səudiyyə Ərəbistanında keçirilən matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə yekunlaşıb - 0:0. "Kral klubu" penaltilər seriyasında qalib gələrək kuboka sahib çıxıb - 4:1.