“Barselona” klubunun uruqvaylı hücumçusu Luis Suarez əməliyyat ediləcək.

Offsideplus.az xəbər verir ki, bir müddətdir dizində ağrılar olan uruqvaylı futbolçu, bu gün əməliyyat olunacaq. 32 yaşlı hücumçunun son durumu əməliyyatdan sonra açıqlanacaq.

Məlumata görə, Suares 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.