"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen digər nəhənglərin maraq dairəsinə düşüb.
Offsideplus.az xəbər verir ki, 3 klub onu heyətinə qatmaq fikrinə düşüb. "Bavariya", PSJ və "Yuventus" 27 yaşlı qolkiperi mövsümün sonunda transfer etmək üçün "Barselona" ilə danışığa hazırlaşır.
Almaniya millisinin üzvü komandasını dəyişmək istəmir. O, klubla 2022-ci ilin yayına qədər olan müqavilə müddətini uzatmaq niyyətindədir.