“Barselona”nın futbolçusu Arturo Vidal klubdan şikayət edib.
Offsideplus.az xəbər verir ki, çilili futbolçu, kataloniyalıların keçən mövsümdən ona olan borcunu ödəmədiyi üçün klubdan La Liqa rəhbərliyinə şikayət edib. 32 yaşlı futbolçu, müqaviləsində olan bonuslarla birlikdə 2,4 milyon avroluq məbləği ala bilmədiyini iddia edir.
Vidalın qış fasiləsində "İnter"ə keçəcəyi gözlənilir.